Azər İnşaat Qranit

29 avqust 2007-ci il tarixində Bakı şəhərində təsis edilmişdir.
Bakı şəhər , Nəcəf Nərimanov 5C ünvanında yerləşir.

Bizim haqqımızda

Our Office
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. İqtisadi inkişafı təmin edən əsas amillərdən biri kapital qoyuluşunun dinamikasıdır. Belə ki, kapital qoyuluşuna yönəldilən investisiya istehsalın artması ilə yanaşı yeni müəssisələrin, təhsil, səhiyyə, yaşayış və digər sosial obyektlərin tikilib istismara veriməsinə, yeni iş yerlərinin yaradılmasına xidmət edir. Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Azərbaycanda səhiyyənin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Fondun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Ölkə prezidentinin sərəncam və tapşırıqlarını nəzərə alaraq rəhbəri olduğum “Azər İnşaat Qranit” MMC şirkətinin əsas məqsədi müasir Azərbaycanın inkişafı və uğurları naminə çalışmaqdır. Biz də öz növbəmizdə şəhərimizi bəzəyən əsrarəngiz və möhtəşəm yaşayış binalarının, eləcə də ictimai və sosial binaların tikilib istismara verilməsində bacarıq və imkanlarımızı əsirgəməyəcəyik.
Hal-hazırda yerinə yetirilən işlər aşagıdakılardan ibarətdir:
“Azər İnşaat Qranit” Məhdud Məsuliyyətli Cəmiyyət 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının tikintisi üzrə elan edilmiş tenderin qalibi olmuşdur. 14 mərtəbəli, 707 otaqlı, ümumi sahəsi 25 000 m2 olan tikilinin təməl qoyma mərasimi möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı və xeyir duası ilə baş tutmuşdur. 2010-cu ildə həmin binanın tikintisi uğurla başa çatmış və açılışında iştirak edən möhtərəm prezidentimiz Cənab İlham Əliyev tikinti işlərinin icrasını yüksək qiymətləndirmişdir.

1 2
Top